Accessibility links

Qərbi Azərbaycan vilayətində yüzlərlə polis işçisininiştirak etdiyi əməliyyat nəticəsində Urmiyə şəhərində onlarla restoran bağlanıb. Restoranların bağlanması haqda xəbərlər HRANA, İran Qlobal və Urmu İşçiləri kimi veb səhifələr daxil olmaqla, bir neçə vebsayt tərəfindən yayılıb.

Xəbərlərə əsasən, bağlanan restoranlar Urmiyə şəhərinin Bənd adlı parkında yerləşir.

Urmu İşçiləri vebsaytı "Savalan Port"-a istinad edərək yüzlərlə polis işçisinin qəlyanları toplamaq məqsədilə bu restoranlarda reyd keçirdiyini yazıb.

Reyd zamanı polis işçiləri ilə bir neçə restoran sahibi və müştərilər arasında toqquşmanın baş verdiyi və bunun nəticəsi olaraq bir neçə nəfərin saxlandığı və nəzarət altına alındığı haqda məlumat verilir.

Polisin iyunun 14-də keçirdiyi əməliyyat nəticəsində restoranlar bağlanıb, orada olan qəlyanlar aparılıb.

Polisin restoranlardan qəlyanların yığışdırılması ilə bağlı reydləri hansı qərara əsasən keçirdiyi aydın deyil. İran polisi əməliyyatın “əxlaq normalarına riayət edilməsi” ni təmin etmək məqsədilə keçirildiyini bidlirir.

İran Azərbaycanının şəhərlər və kəndlərində minlərlə restoran və kafelər fəaliyyət göstərir. Polis reydləri nəticəsində bu restoran və kafelərin bağlanması yüzlərlə insanın iş yerlərini itirməsi demək olacaq.

Keçən ildən başlayaraq planın həyata keçirilməsi nəticəsində Təbrizdə onlarla kafe bağlanması restoran sahiblərinin etirazına səbəb olmuşdur.

Polis bundan öncə Tehran şəhərinin ən zəngin məhəllələrində, kişilərlə qadınların birlikdə getdiyi resturanlarda reyd keçirib.

Urmiyənin Bənd parkındakı resturanlarda qızlar və oğlanların birgə qəlyan çəkdiyi ehtimal edilir.

XS
SM
MD
LG