Accessibility links

Məşhur Urmiyə almasının satış böhranı


Urmiyə alması
Urmiyə alması
Bu il Qərbi Azərbaycan vilayətində yetişdirilən 1 milyon 200 min ton almanın 750 min tonu soyuducu anbarlarda qalıb. Xəbər agentliklərinin yazdığına görə, vilayət məsullarının bu almaların ixracatı üçün hər hansı planları yoxdur.

Yarı-rəsmi Mehr xəbər agentliyinin yazdığına əsasən almaların bir miqdarı Yeni il bayramında ölkə içində satılsa belə, ən az 600 ton alma anbarlarda qalıb yararsız hala düşə bilər.

Qərbi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatının sədri Əli Muxtari bu almaların dəyərini 56 milyard İran tüməni, yəni təqribən 45 milyon dollar olaraq göstərib. Cənab Muxtari bu almaların anbarlarda zay olması əvəzinə vilayətə və bağbanlara verilməsini arzu edib. O əlavə edib ki, Qərbi Azərbaycanda bağbanlıq sahəhi böyük çətinliklər yaşayır.

Vilayətdə Əkinçilik və Bağ Məhsulları Birliyinin sədri Şükür Əlipur isə almaların anbarlarda qalmasının səbəbini gömrüyün yeni maliyyə öhdəlikləri müraciətnaməsi və İraqa alma ixracatının dayandırılmasında görür. O, həmçinin vilayətdəki soyuducu anbaların yetərli olmadığına toxunub.

Qərbi Azərbaycan və xususilə Urmiyə alması bölgədə məşhurdur. Bu vilayət alma istehsalına görə ölkədə birinci yerdə gedir.
XS
SM
MD
LG