Accessibility links

Urmiyədə dörd məhkum asılıb, biri əfv edilib


Keçən bir neçə gün ərzində Urmiyədə narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş dörd məhbus asılaraq edam edilərkən, başqa bir edam məhkumu qətlə yetirdiyi şəxsin ailəsi tərəfindən bağışlanaraq, dar ağacından xilas olub.

İran dövlətinin rəsmi xəbər agentliyi İRNA-ya istinadən, qətl ittihamı ilə mühakimə edilmiş və Urmiyə zindanında saxlanılan edam məhkumu Urmiyə İxtilaf Çözümü Şurasının vasitəçiliyi ilə qətlə yetirdiyi şəxsin ailəsi tərəfindən əfv edilib.

Urmiyə Mərkəzi Zindanında asılan dörd məhkum haqda məlumatı isə insan haqları pozuntuları ilə bağlı xəbər yayan HRA agentliyi və İnsan Haqları Təşkilatı (İran HR) yayıb.

İnsan haqları qurumlarına istinadən, İran İslam Respublikası tarixində Qərblə ən yaxşı münasibətlərin yaşandığı bu dövr ölkədə ən çox edam hökmünün icra edildiyi bir dövrdür.

XS
SM
MD
LG