Accessibility links

Urmiyə millət vəkili Kürdüstan bayrağının Kərkükdə dalğalandırılmasını qınayıb


Ruhullah Həzrətpur

Kərkük valisi və Kərkük Vilayət Məclisinin qərarı ilə Kürdüstan Regional hökuməti bayrağının bölgənin dövlət binalarına sancılması ilə başlanan gərginliyə Urmiyə millət vəkili Ruhullah Həzrətpur da münasibət bildirib.

Urmiyədə fəaliyyət göstərən Barış News internet qəzetinə müsahibə verən siyasətçi Kürdüstan bölgəsi bayrağının Kərkükdə dalğalandırılmasını məhkum etdiyini ifadə edib.

“Gərginliyə səbəb olan bu addım məhkum edilməlidir. Bu kimi irrasional hərəkətlərin İraqın inkişafı və təhlükəsizliyinə zərər verən bir hərəkət olduğunu düşünürəm,” deyə İran Parlamentinin Türk Bölgələri Fraksiyasının üzvü bəyan edib.

Kürdüstan Regional hökumətinin bayrağı

Kürdüstan Regional hökumətinin bayrağı

Urmiyəli siyasətçi əlavə edib ki, Kürdüstan Regional hökumətinin bu növ hərəkətləri İraqda cərəyan edən terrorla mücadilə prosesinə zərbə vurur.

İraq Türkmən Cəbhəsi başqanı və Kərkük millət vəkili Erşad Salihi keçən həftə Amerikanın Səsi ilə müsahibədə Kürdüstan Bölgəsi bayrağının Kərkükdə dalğalanmasının İraq konstitusiyasına zidd olduğunu vurğulayıb. Salihi məsələ ilə bağlı İraq federal məhkəməsinə müraciət edildiyini bildirib.

Salihi müsahibədə həmçinin mövzu ilə bağlı qonşu ölkələrdən dəstək tələb etdiyini dilə gətirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG