Accessibility links

Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə İslami Təbliğat Təşkilatının incəsənət dairəsinin əməkdaşlığı ilə qadın sənətçilərin əsərlərindən ibarət olan “Türkcə Məsəllər” sərgisi açılıb.

İranın rəsmi dövlət agentliyi İRNA-ya istinadən, Qərbi Azərbaycan vilayətindən 16 qadın rəssam və karikaturistin əsərləri bu sərgidə nümayiş etdirilir. Əsərlərdə bölgə əhalisinin istifadə etdiyi türkcə məsəllər və “atalar sözləri” karikatura şəklində təsvir edilib.

İncəsənət dairəsinin veb səhifəsində dərc edilən posterə əsasən, əsərlərin nümayişi aprelin 15-ə qədər davam edəcək.

"Türkcə Məsəllər" sərgisində nümayiş etdirilən əsərlər yanvar ayında İslami Təbliğat Təşkilatının incəsənət dairəsində təşkil olunan atelye çalışmaları çərçivəsində hazırlanıb.

Sənətçilər Münirə Kürdüstançı, Mina Cəlali Fərahani və Şeyda Fəllahinin atelye çalışmalarına rəhbərlik edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG