Accessibility links

Urmiyə Bələdiyyə Başqanının bu yaxınlarda Türkiyəyə səfəri və bu ölkənin inşaat, nəqliyyat, tibb, ağır avadanlıq və informasiya texnologiyaları kimi sahələrdə fəaliyyət göstərən bir neçə böyük şirkətinin nümayəndələri ilə görüşməsinə dair məlumat yayan yerli qəzetlər “başqanın Urmiyəyə xoş xəbələrlə geri döndüyünü” bildirirlər.

Məhəmməd Həzrətpurun Türkiyə səfərinin nəticələri haqqında İSNA və Tasnim xəbər agentlikləri də ətraflı məlumt yayıb.

Yayılan məlumata görə, Urmiyədə 2000 ədəd mənzilin tikintisi, böyük investisiya şirkətlərinin yaradılması, ağır avadanlıqlar zavodunun təsisi, hissə-hissə ödəniş şəklində üç təyyarənin satın alınması, sağlıq turizminin genişləndirilməsi istiqamətində bir oftalmologiya xəstəxanasının inşası, eləcə də tekstil və toxuculuq fabrikinin təsisinə dair ilkin razılığın əldə edilməsi bu səfərin ən önəmli nailiyyətlərindən olub.

“Gələcək həftələrdə türkiyəli investorların Urmiyəyə sahə ziyarətlərindən sonra müqavilələrin imzalanması mərhələsinə keçəcəyik,” deyə Urmiyə Böyük Şəhər Bələdiyyəsi Başqanı Məhəmməd Həzrətpur mediaya bildirib.

XS
SM
MD
LG