Accessibility links

İnsan haqları qrupları İranın Qərbi Azərbaycan vilayətində daha altı məhbusun asılaraq edam edildiyini bildirir. Məhbusların dördü vilayətin mərkəzi Urmiyə şəhərində, digər ikisi isə Salmasda öldürülüb.

“Urmiyənin mərkəzi zindanında asılan Əmir Hacəlili, Muxtar Xəlili, Əlirza Yaqubi və Əhməd Şəfiqxani, həmçinin Salmas zindanında asılan Hüseyn Hüseyni və Cəlbaninin hansı ittihamlarla əlaqəli məhkum edildiyinə dair məlumat yayılmayıb,” deyə AZOH veb səhifəsi bildirib.

AZOH həmçinin əlavə edib ki müttəhimlər qeyri-siyasi məhbuslar olsa da, onların edamı siyasi məqsədlə və cəmiyyətdə qorxu atmosferi yaratmaq üçün həyata keçirilir.
Yayılan məlumata görə, edam olunanlardan ən azı biri Azərbaycan kürdüdür. Əhməd Şəfiqxani Qərbi Azərbaycanın Bukan şəhərindəndir.

Beynəlxalq insan haqları təşkilatlarının nəşr etdiyi hesabata görə, mötədil siyasətçi kimi tanınan Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra həyata keçirilən edam hökmlərinin sayı kəskin artıb.
XS
SM
MD
LG