Accessibility links

Herana saytının yaydığı məlumata görə, bu gün səhər narkotik maddəyə sahib olmada ittiham olunan 4 məhbus - Ərdəlan Rahdar, Məhəmməd rəşid Rahdar, Həbib Rahdar və Şirzad Rəşidi Urmiyə mərkəzi zindanında edam edilib.

Üçü əmioğlu olan edam edilənlər dünən zindandan fərdi barmaqlıqlara köçürülmüşdü. Məhkəmə orqanları bu anadək edam haqqında məlumat verməyiblər.

İnsan hüqüqları müdafiəçilərinin hesabatına görə, İranda edam cəzasının sayı son bir neçə həftədə artıb. Edamların bir hissəsi ictimai şəkildə, bir hissəsi isə xəbərsiz həyata keçirilir. Xəbərsiz edam olunlar haqqında məhkəmə orqanları məlumat vermirlər.

XS
SM
MD
LG