Accessibility links

Urmiyədə İşgəncə Qurbanlarına Dəstək Gününü qeyd edənlər həbs olunub


Urmiyədə fəallar

Urmiyədə fəallar

Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Gününü qeyd etmək məqsədi ilə iyunun 27-də Urmiyə şəhərindən Şərqi Azərbaycan vilayətinin Səhənd dağının yamaclarına doğru yürüş edən səkkizi qadın olan 36 gənc fəal Urmiyə gölü üzərindəki körpüdən keçdikləri zaman İranın təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınıb,”-deyə Azərbaycan veb səhifələri bildirir. Məlumata görə urmiyəli fəallar zorakılıqla üzləşib.

Oyan News saytının yaydığı məlumatda deyilir ki, tutulan azərbaycanlı fəalların çoxu İranın Ettelaat nazirliyinin Urmiyə şöbəsində sorğu-sual edildikdən sonra həmin gün axşam saatlarında buraxılıb, amma Urmiyə Universitetinin müəllimi Süməyyə Əlidusti, blogger Vəhid Faizpur, habelə mədəni fəallar Qulam Quluzadə, Meysəm Azadi, Vəhid Nəsibi və Murtəza Zərrin təhlükəsizlik qurumunda saxlanılıblar.

Sorğu-sual edildikdən sonra buraxılanlar arasında Pəriya Xəlilzadə (İran qadın futbol yığlmasının oyunçusu), Sevda Xəlilzadə, Məsumə Pərivəş, Zəhra Zad-Qasım, Hüseyn Zad-Qasım, Tohid Həsəni, Səid Lütfi, Səid Əbdi, Nima Həsəni, Sina Həsəni, İrfan Muqəddəm, Sima Sakini, Milad Sabutay Kolani və musiqiçi, reper Babək Arazlı olub.
“Azərbaycan fəalları iyunun 27-də Səhənd dağının yamaclarında Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Gününü qeyd etməklə yanaşı tanınmış türkoloq və tarixçi mərhum Professor Məhəmməd Tağı Zehtabini də anıblar,”-deyə Oyan News veb səhifə qeyd edib.
XS
SM
MD
LG