Accessibility links

Urmu Gölü ilə bağlı aksiyaların 37 iştirakçısı məhkum olub

  • Insafəli Hidayət

Urmu Gölünün qurumasına etiraz aksiyaları ilə əlaqədər 37 azərbaycanlı fəal məhkəmə tərəfindən həbs və qamçı vurulmaq cəzasına məhkum olub. Bu haqda xəbəri İranın İnsan Haqları Fəallarının Xəbər Ajansı (HRANA) yayıb.

HRANA-nın verdiyi məlumata görə, Təbriz məhkəməsinin Şukuhi-tazə adlı hakimi 37 mədəni fəalin hərəsinə altı ay həbs cəzası və hər birinə 30 qamçı vurulmaq haqda hökm çıxarıb.

Xəbər də fəallara qarşı irəli sürülən ittihamlar haqda məlumat verilməsə də, onların keçən il Urmu Gölünun qurumasına etirazlarla əlaqədar tutulduğu və məhkəmənin hakiminin iyun ayının 11-ində onlar haqda hökm çıxardığı deyilir.

Azərbaycanlı mədəni fəalların məhkəmənin hökmü Şərqi Azərbaycanın Ali Apellyasiya məhkəməsinə müraciət edəcəyi ehtimal edilir. Əvvəlki təcrübələrə əsasən hökmün Ali Məhkəmədə dəyişdiriləcəyi, ya da ləğv ediləcəyini gözləmək olar.

Məhkum olmuş 37 azərbaycanlı fəalın adları bunlardır:

Behcət xanım Fərəmarzi, Cəfər Purbayiqi, Mehrdad Ağapur, Nasir Əbdi, Məhyar Qurbani, Peyman Atəşi-bunab, Məsud Peydayi, Sabir Əhmədi, Məhəmməd İsmayili, Əlirza Hüsenzadə, Nurəddin Zarepur, Nadir Amiri Söhrəqi, Əbülfəzl Bəxşpur, Ramin Qulipur, Hamid Niknam Purəlilu, Əli Cəbrayilzadə , Əliəsgər Muxtarpur, Cavad Eyvəzi, Əli Rafepuri Uyubi, Məhəmməd Əsədi, Riza Şiri, Hüsen Müqtədir Ehsani, Məhəmməd Çinari, Müctaba Səbbaği Atifi, Vəhid Bərzigəri, Seyid-Murtəza Musəvi, Riza Bordbar Camalabadi, Fərrux Təqilu, Tohid Əslani, Saman Cahanpur, Həmid qasimi, Səttar Əhmədifər, Möhsün Əlişahi, Pedram Əsgəri Davatgər, Hamid Danişpur Zəndabadi, Əlirza Əzhəri, Kiyumərs Baqiri.

Qeyd edək ki, mədəni fəalların hamısı zəmanət, ya da vəkalət ödəməklə müvəqqəti olaraq həbsdən azad edilib. Əgər hökm Şərqi Azərbaycanın Ali Məhkəməsində təsdiq olsa, onlar həbs cəzasını çəkmək üçün həbsxanaya salınacaq.

İran qanunlarına əsasən, Urmu Gölünün müdafiəsi cinayət edilmir və insanlar buna görə mühakimə olunmamalıdır.

Lakin İranın təhlükəsizlik idarələri və ədliyyə orqanları mədəni fəallara qarşı ümumi qəbul olmuş ittihamlar irəli sürüb onları mühakimə edir.

Buraya "rejim əleyhinə təbliğat aparmaq", "asayişi pozmaq məqsədilə toplaşmaq", "pantürkiz", "xarici ölkələrin xeyrinə casusluq etmək", "İranın təhlükəsizliyinə hədə törətmək" və "İran rəsmilərinə ihanət və təhqir" kimi ittihamlar daxildir.

XS
SM
MD
LG