Accessibility links

Qərbi Azərbaycan vilayətinin qubernator köməkçisi bildirib ki, Urmiyə gölünün (Urmu gölü) quruması nəticəsində gölün xüsusi ilə şərq hissəsində əkin sahələrini tamamilə yararsız hala gəlib, astma və xərçəng xəstəliyi halları sürətlə artıb. “Proses belə davam etsə Urmu gölü bir duz çölünə çevriləcək. Biz Urmu gölünü xilas etmək üçün ciddi cəhd göstərməliyik, çünki gölün quruması bölgədə yeraltı suların azalmasına gətirib çıxaracaq”-deyə Hadi Bahaduri bildirib.

Urmiya gölünün bərpası layihəsi üzrə nümayəndəsi və qubernator köməkçisi olan Hadi Bahaduri bildirib ki, göldə yaranmış vəziyyət olduqca pisdir və ekoloji problemin həll edilməsi bir neçə il öncə başlamalı idi. O qeyd edib ki, yaranmış böhran gölün problemini təhlükəsizlik məsələsinə çevirmək və əvvəlki dövrlərdə hər hansı bir proqramın olmamasının nəticəsidir.

Qubernator köməkçisi bundan öncə Xəzər dənizindən Urmu gölünə suyun gətirilməsi lahiyəsinin mümkun olmamasını bildirib. O həmçinin yeni bir layhədən söz açaraq deyib ki, bu dəfə Urmu gölünə Türkiyənin Van gölündən su çəkilməsi planlaşdırılır.

Ekologiya məsələləri üzrə bir çox ekspert, həmçinin Təbriz və Urmiyə şəhərlərinin millət vəkilləri hökümətin Urmiyə gölü ilə bağlı əməli addımlar atmadığını və yalnız konfranslar və seminarlar təşkil etməklə kifayətləndiyini bildirirlər.

XS
SM
MD
LG