Accessibility links

Axırda dilə gələn Urmunun harayı (video)

  • Bulut Mehmandarli

Axırda dilə gələn Urmunun harayı (video)

Axırda dilə gələn Urmunun harayı (video)

Aşağıdakı videoda demək olar ki, Urmiyə gölü öz dərdini anladır. Səməd Behrəngi kimi Azərbaycan mədəniyyətində dərin izlər qoyan dühaların eşidə biləcəyi bu fəryadı Urmu Gölü bir il ərzində ikinci dəfə olaraq qan içində qalıb bəlkə beynəlxalq aləm bu dəfə onun vəziyyətinə fikir verər deyə növbəti dəfə xəbərdarlıq edib. Amma onun səsini, fəryadını eşitmək də bir qədər istedad tələb edir. Özüdə eşitmək bəs deyil Urmunu yadda saxlamaq onun vəziyyətini dostlarla bölüşmək, lazımı yerlərə müraciət etməyə də ehtiyac var. Kimsə onsuz da bunu eliyənlər olacaq mən də hadisələri outub izləyərəm deyirsə inansın ki, bəlkə on minlər də belə fikirləşir və heç nə olmayacaq. Biz hələ də ümid edək ki, hamı öz gücü imkanı çatdığı, biliyi vaxdı imkan verdiyi nisbətdə nəsə eliyəcək. Heç olmasa dünyanın bu əmsalsız guşəsinin şəklini həmişə görəcək bir yerə asıb dostlara göstərmək olar. Biz isə Urmunun fəryadınını öz dilindən bir daha dinləməyinizi istəyirik. Bəlkə kimsə bundan ilham alıb bir işə, təşəbbüs etsin.

XS
SM
MD
LG