Accessibility links

ABŞ Əfqanıstandan çıxaracağı hərbi qüvvələrinin sayını müəyyən etməyib [VİDEO]


Pentaqonun 2014-cü ildə Birləşmiş Ştatların Əfqanıstandan çıxaracağı hərbi qüvvələrinin sayını müəyyən etmədiyini deməsinə baxmayaraq, rəsmilər ordunun tamamilə çıxarılacağını nəzərdən keçirirlər.


Birləşmiş Ştatların 2014-cü ildə hərbi qüvvələrini tamamilə çıxarmaq və Əfqan ordusuna yardım etmək üçün belə orada əsgəri qüvvə saxlamamaq qərarı bundan əvvəl də gündəmə gəlib. ABŞ prezidenti Barak Obamanın Həmid Karzay hökumətindən sülh prosesini irəli aparmadığına və ləng islahatlara görə məyus olduğu deyilir.

Cənab Karzayın ABŞ ordusunun havadan hücumlar və gecə reydlərinə məhduduyyət qoyulması barədəki fikirləri də Amerika hərbi qüvvələrinə maneələr demək idi. Eyni zamanda president Karzay 2014-cü ildə ordusunu çıxarmağı planlaşdıran ABŞ-la Əfqanıstanı Pakistandan qorumaqla bağlı razılıq əldə etmək istədiyini bildirib.

Müdafiə məsələləri üzrə təhlilçi Entoni Kordsman Birləşmiş Ştatların büdcədəki böhranı nəzərə alaraq, hələ də bu yükü çiyinlərində daşımaq istəyib-istəmədiyi barədə düşündüyünü deyir. “ABŞ maliyyə baxımdan belə bir çətin vaxtda strateji tərəfdaşı ilə münasibətlərin gələcəyini müəyyən etməyə çalışır.”

Bütün bunlara baxmayaraq Pentaqon iyulun 9-da Vaşinqtonun cənab Karzayı tənha buraxmadığını bildirib. Pentaqon sözçüsü Corc Litl “Biz bu məsələ üzərində işləyəcəyik. Bizim hələ də Əfqan partnyorlarımızla razılığa gəlməyə vaxtımız var. Hələ 2013-cü il iyulun 9-dur və bizim bir çox məsələlərlə bağlı işlərimiz olacaq. Mən deməzdim ki, biz məyus olmuşuq.”

Amerika komandirləri Birləşmiş Ştatlar və beynəlxalq qüvvələrin Əfqanıstanın təhlükəsizlik qüvvələrinə lazımi təlimlər keçdiklərini və 2014-cü ildə koalisiya qüvvələri ölkəni tərk etdikdən sonra əfqanların öz ölkələrini qoruya biləcəklərini deyirlər. Lakin bununla yanaşı onlar Əfqanıstanda vəziyyətin kövrək olduğunu və Əfqan qüvvələrinə yardım üçün çoxu ABŞ hərbçiləri olmaqla, bu ölkədə 16 minə qədər beynəlxalq qüvvəninm qalamlı olduğunu deyirlər.

Əfqanıstan qüvvələrinin inkişafı hələ bitməyib və onun Hərbi Hava Qüvvələrinin fəaliyyətə başlaması bir neçə il vaxt aparacaq. İlk dəfədir ki, Əfqan ordusu döyüşlərdə yükün ağırlığını öz çiyinlərinə götürüb və ağır itkilər verir.
XS
SM
MD
LG