Accessibility links

ABŞ və NATO Amerika əsgərlərinin intiharçıların cəsədləri qarşısında çəkdirdiyi fotoları qınayır

  • Amerikanın səsi

ABŞ rəsmiləri və NATO-nun hərbi komandanlığı ABŞ əsgərlərinin Əfqanıstanda intiharçı bomba hücumçularının cəsədləri qarşısında çəkdirdiyi foto-şəkilləri qınayıb.

Los-Anceles Tayms qəzetinin əldə etdiyi foto-şəkillərdə ABŞ ordusunun əsgərləri intiharçı hücumçuların cəsədləri qarşısında göstərilir. 2010-cu ildə çəkilmiş 18 foto-şəkildən ikisi çərşənbə günü qəzetin veb səhifəsində yerləşdirilib.

Los-Anceles Taymsın bildirdiyinə görə, foto-şəkillər rəhbərlik və orduda intizamla bağlı problemlərə diqqət çəkmək məqsədilə adının açıqlanmasını istəməyən Amerika əsgəri tərəfindən təqdim edilib.

Foto-şəkillərin açıqlanmasından əvvəl ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı komandiri general Con Allen bu hərəkətin beynəlxalq təhlükəsizliyə yardım və Amerika qüvvələrinin siyasəti ilə bir araya gəlmədiyini bildirib. O həmçinin deyib ki, bu kimi hərəkətlər beynəlxalq koalisiya qüvvələrinin işinə mane olur. General Allen hadisə ilə bağlı təhqiqat aparılacağına söz verib.

ABŞ-ın Əfqanıstandakı səfiri Rayan Kroker də foto-şəkilləri qınayıb. O, foto-şəkillərdə göstərilənləri mənəvi baxımdan iyrənc adlandırıb və deyib ki, bu şəkillər Əfqanıstanda Amerika əsgərləri və mülki vətəndaşların işinə ləkə gətirir.

XS
SM
MD
LG