Accessibility links

ABŞ Əfqanıstanda nəzarət etdiyi həbsxanada vəziyyətlə bağlı ciddi tənqid edilib

  • Amerikanın səsi

ABŞ Əfqanıstanda nəzarət etdiyi həbsxanada vəziyyətlə bağlı ciddi tənqid edilib

ABŞ Əfqanıstanda nəzarət etdiyi həbsxanada vəziyyətlə bağlı ciddi tənqid edilib

Əfqanıstan prezidenti Həmid Karzainin yaratdığı komissiya ABŞ-ın nəzarətində olan həbsxanalara qarşı ciddi ittihamlar irəli sürüb.

Komissiyanın şənbə günü mətbuat üçün açıqladığı hesabatında Birləşmiş Ştatlar Kabildən şimalda yerləşən Baqram hərbi hava qüvvələrinin bazası yaxınlığındakı həbsxanada saxlanan əfqan məhbusları təhqir edib onlara işgəncə verməkdə ittiham edilib.

Hesabatda iddia edilən inidentlərin bəzi detalları açıqlanıb. Lakin komissiyanın üzvü Məhəmməd Əmin Əhmədi müxbirlərə deyib ki, məhbuslar vəkillə görüşə icazə verilməməkdən tutmuş qazla işgəncə verildiyinə dair şikayətlərdən ibarət siyahı hazırlayıb. O bildirib ki, bəzi məhbuslar həmçinin cinayət törətmədikləri müəyyənləşdirildikdən sonra hələ də həbsxanada saxlandıqlarından şikayət edir.

Komissiyanın sədri Gül Rəhman Qazi ABŞ-ı həbsxananın nəzarətini dərhal Əfqanıstan hökumətinə təhvil verməyə çağırıb. Əfqanıstan prezidenti Həmid Karzai eyni çağırışla çıxış edib.

ABŞ-ın Kabildəki səfirliyinin mətbuat katibi Assoşieyted Press agentliyinə deyib ki, Amerika rəsmiləri komissiyanın hesabatı haqda məlumatı komissiya üzvlərinin mətbuat nümayəndələrinı açıqlamalarından sonra alıb. O, ABŞ-ın həbsxanada baş verənlər haqda iddiaları araşdırdığını bildirib.

XS
SM
MD
LG