Accessibility links

Əfqanıstan prezidenti özəl təhlükəsizlik şirkətlərinin ölkədən çıxarılması qərarını dəstəkləyir


Əfqanıstan prezidenti özəl təhlükəsizlik şirkətlərinin ölkədən çıxarılması qərarını dəstəkləyir
Əfqanıstan prezidenti özəl təhlükəsizlik şirkətlərinin ölkədən çıxarılması qərarını dəstəkləyir

Əfqanıstan prezidenti Həmid Karzay bildirib ki, onun hökuməti özəl təhlükəsizlik şirkətlərinin ölkədən çıxarılması vədinə sadiq qalır,lakin başlıca layihələri bir daha nəzərdən keçirəcək. Cənab Karzay avqust ayında səfirliklər və hərbi bazaların təhlükəsizliyini qoruyan şirkətlər istisna edilməklə özəl təhlükəsizlik şirkətlərinin bu ilin sonuna qədər ölkədən çıxması haqda fərman imzalamışdı. Cənab Karzay Əfqanıstanın qərarının qəti olduğunu bildirib, lakin deyib ki, inkişafa dair beynəlxalq layihələr təhlükəsizliyin qorunması ilə bağlı ehtiyaclarını hökumətə çatdırmalıdır. Dünən ABŞ dövlət katibi Hillari Klinton cənab Karzaya zəng edərək, müqavilə əsasında çalışan şirkətlər və yardım agentliklərinin işi pozulmadan özəl təhlükəsizlik şirkətlərinin ölkədən mərhələli çıxması üçün birgə planın hazırlanmasını tövsiyə edib.

XS
SM
MD
LG