Accessibility links

Əfqanların qətlində ittiham olunan Amerika əsgəri ABŞ-da həbsxanaya gətirilib

  • Amerikanın səsi

Serjant Robert Beyls

Serjant Robert Beyls

ABŞ ordusunun verdiyi məlumata görə, bu həftənin əvvəli 16 əfqan vətəndaşını qətlə yetirməkdə ittiham olunan Amerika əsgəri ABŞ-ın Knazas ştatındakı həbsxanaya gətirilib.

Serjant Robert Beyls ciddi rejimli Fort Levenvort həbsxanasında tək adamlıq kamerada saxlanacaq. 38 yaşlı Beylsə qarşı hələlik rəsmi ittihamlar irəli sürülbəyib. Əfqanlar onun məhkəməsinin Əfqanıstanda keçirilməsini istəyir.

Onun vəkili cümə günü bildirib ki, Beyls Qəndəhar yaxınlığında baş vermiş qətliamdan öncə əsgər yoldaşlarından birinin onun gözləri önündə partlayış nəticəsində ağır yaralandığını görüb cidd stress keçirdiyini bildirib. Vəkil Con Henri Braun onun dördüncü dəfə münaqişə zonasına təyin edilməsindən razı qalmayıb. Beyls evlidir, iki onun övladı var. Bundan öncə üç tur İraqda xidmət edən Beyls orada başından yaralanıb və bir ayağının bir hissəsini itirib. Vəkil bildirib ki, Beylsə Əfqanıstana göndərilmədiyi deyilsə də, qərar onun sözlərilə “bir gecədə dəyişdirilib”. Təhlükəsizlik səbəblərilə Beylsin ailəsi Sietl şəhəri yaxınlığında hərbi bazaya köçürülüb.

XS
SM
MD
LG