Accessibility links

Prezident Obama gözlənilmədən Əfqanıstana səfər edib


Prezident Obama gözlənilmədən Əfqanıstana səfər edib

Prezident Obama gözlənilmədən Əfqanıstana səfər edib

Prezident Obama Əfqanıstan prezidenti Həmid Karzai və ölkənin digər rəsmiləri, eləcə də ABŞ əsgərlərilə görüşəcək

Ağ Evin rəsmiəlri bildirirlər ki, prezident Barak Obama Əfqanıstana əvvəlcədən elan edilməmiş səfər edib. ABŞ prezidenti Əfqanıstanda bir neçə saat olacaq.

Cənab Obamanın təyyarəsi Kabildən şimalda Baqram hərbi bazasında endikdən sonra o, vertolyotla Əfqanıstan prezidenti Həmid Karzai və digər rəsmilərlə görüşmək üçün prezident sarayında aparılıb. Onun eləcə də ABŞ hərbi komandirləri və əsgərlərlə görüşü planlaşdırılıb.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Cons deyib ki, cənab Obama prezident Karzai ilə diqqət verilməsi zəruri olan məsələləri müzakirə edəcək. General Cons detallara varmayıb, lakin ABŞ rəsmiləri korrupsiya və narkotik alverinə qarşı mübarizədə səyləri gücləndirmək və idarəçiliyi möhkəmləndirmək üçün Əfqanıstan hökumətinə təzyiq göstəririlər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG