Accessibility links

Prezident Obama Ağ Evdə Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşüb


ABŞ prezidenti Birləşmiş Ştatların Əfqanıstanda sabitliyə dair öhdəliyinə sadiq olduğunu deyib

ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların Əfqanıstanın daha güclü və sabit ölkə olması məsələsində əzmkarlığını bir daha dilə gətirib.

Cənab Obama bu gün Ağ Evdə Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşərək ABŞ hərbi qüvvələrinin ölkədə mövcudluğu və bərpa səylərini müzakirə edib.

Danışıqlardan sonra birgə mətbuat konfransında danışan cənab Obama Taliban üsyançılarına qarşı mübarizə də daxil olmaqla, Əfqanıstanda inkişafı qeyd edib, lakin hələ də risklərin qaldığını deyib.

Cənab Obama əfqan liderinin əsas narahatlığı olan koalisiya qüvvələrinin əməliyyatları nəticəsində mülki tələfatları azaltmağa söz verib.

Öz növbəsində cənab Karzai ABŞ-ın Əfqanıstana verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

XS
SM
MD
LG