Accessibility links

Robert Geyts Əfqanıstandakı Amerika əsgərləri ilə vidalaşır


Robert Geyts Əfqanıstandakı Amerika əsgərləri ilə vidalaşır
Robert Geyts Əfqanıstandakı Amerika əsgərləri ilə vidalaşır

Bu ayın sonu təqaüdə çıxacaq ABŞ Müdafiə naziri Robert Geyts Taliban yaraqlıları ilə döyüşən Amerika əsgərləri ilə vidalaşmaq üçün Əfqanıstanın cənubundahərbi bazaya gedib. Pentaqon rəhbəri Əfqanıstana ABŞ prezident Baraka Obamanın gələn ay Amerika əsgərlərinin ölkədən çıxarılması prosesini nəzərdən keçirdiyi vaxt səfər edir. Helmənd vilayəntində hərbi bazada əsgərlər qarşısında çıxış edən Geyts ilk növbədə döyüşən əsgərlər deyil, yardımçı qüvvələrin çıxarılmasına üstünlük verdiyini deyib. ABŞ müdafiə naziri Əfqanıstan prezidenti Həmid Karzaya təhlükəsizliyin artırılması ilə bağlı xəbərdarlıq edərək deyib ki, bunu etməmək Amerika əsgərlərinin ölkədən problemsiz çıxarılması prosesini risk qarşısında qoya bilər.

XS
SM
MD
LG