Accessibility links

Prezident Obama yaxın zamanda Əfqanıstandan ABŞ əsgərlərinin çıxarılmasına dair qərarını açıqlayacaq

Ağ Ev bildirir ki, ABŞ prezidenti Barak Obama Əfqanıstandan Amerika əsgərlərinin çıxarılması prosesi ilə bağlı qərarını açıqlayacaq. Cənab Obama Əfqanıstan və Pakistana dair hər ay keçirdiyi iclas çərçivəsində bu gün yüksək səviyyəli müşavirləri və hərbi rəsmilərlə görüşüb. Ağ Evin mətbuat katibi Cey Karni Vaşinqtonda müxbirlərə deyib ki, prezident hərbi müşavirlərin tövsiyərləri ilə tanış olduqdan sonra yaxın zamanda ABŞ hərbi qüvələrinin Əfqanıstandan çıxarılması haqda qərarını açıqlayacaq. Cənab Obama 2009-cu ilin dekabr ayında Əfqanıstana əlavə 30 min əsgər göndərilmiş və 2011-ci ilin ortalarına qədər hərbi qüvvələrin ölkədən çıxarılacağına söz vermişdi. Əfqanıstanda 100 minə yaxın Amerika əsgəri var. Bu ayın sonu təqaüdə çıxacaq ABŞ Müdafiə naziri Robert Geyts ölkənin bir neçə vilayətində hərbi bazalarda Amerika əsgərləri ilə görüşərək, Əfqanıstana səfərini yekunlaşdırıb.

XS
SM
MD
LG