Accessibility links

Senat general Petreasın Əfqanıstanda koalisiya komandanı vəzifəsinə təsdiqi barədə dinləmələr keçirir


Senatın Silahlı Qüvvələr komitəsində qanunvericilərin suallarına cavab verən general Petreas Taliban üsyanaçılarına qarşı gərgin mübarizənin qarşıda olduğu ilə bağlı xəbərdarlıq edib

Birləşmiş Ştatlar Konqresində ABŞ və NATO-nun Əfqanıstanda hərbi qüvvələrinin komandanı vəzifəsinə nominasiya edilmiş general Deyvid Petreasın bu vəzifəyə təsdiq edilməsilə bağlı dinləmələr keçirilir.

Senatın Silahlı Qüvvələr komitəsində qanunvericilərin suallarına cavab verən general Petreas Taliban üsyanaçılarına qarşı gərgin mübarizənin qarşıda olduğu ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, inkişaf əldə edilsə də hərbi qüvvələr əfqan ordusuna təlim verən və yerli idarəçiliyin yaradılmasına kömək etdiyi zaman böyük sınaqlarla qarşılaşır.

Petreasın Birləşmiş Ştatlar və NATO-nun Əfqanıstanda qüvvələrinin komandanı vəzifəsinə təsdiq ediləcəyi gözlənilir. O bu vəzifədə Obama administrasiyasının rəsmiləri haqda alçaldıcı sözlər işlətdikdən sonra keçən həftə vəzifəsindən kənarlaşdırılmış general Stenli Makkristalı əvəz edəcək.

XS
SM
MD
LG