Accessibility links

ABŞ-la Əfqanıstan arasında müzakirələr başlanıb


Birləşmiş Ştatlarla Əfqanıstan 2014-cü ilin sonunda NATO qüvvələrinin ölkədən çıxarılması və nə qədər Amerika əsgərinin ölkədə qalacağı barədə müzakirələrə başlayıb. 2014-cü ildən sonra Əfqanıstanda missiyasını davam etdirəcək ABŞ əsgərlərinin fəaliyyəti ilə bağlı bu gün başlayan danışıqların bir neçə ay sürəcəyi və çətin olacağı gözlənilir.

"Əfqanıstan hökuməti ABŞ hərbi qüvvələrinin ölkədə qalması üçün hüquqi və mülki səlahiyyətlərini təsdiq edən sənəd təqdim etməlidir" - deyə ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini Ceyms Uarlik bildirib.
Ən mübahisəli məsələ ABŞ əsgərlərinə Əfqanıstanda toxunulmazlıq statusu verilməsi olacaq.

XS
SM
MD
LG