Accessibility links

ABŞ-ın Əfqanıstan və Pakistana dair strategiyası ilə bağlı yeni təhlil açıqlanıb

  • Amerikanın səsi

ABŞ-ın Əfqanıstan və Pakistana dair strategiyası ilə bağlı yeni təhlil açıqlanıb

ABŞ-ın Əfqanıstan və Pakistana dair strategiyası ilə bağlı yeni təhlil açıqlanıb

Prezident Obama deyib ki, ABŞ və onun müttəfiqləri Əfqanıstanda uğur əldə edir və gələn il ölkənin təhlükəsizliyinin təmin edilməsini əfqanlara təhvil verilməsinə keçidə hazırlaşır. Cənab Obama bunları bu gün Ağ Avdə administrasiyanın Əfqanıstan və Pakistanla bağlı strategiyasına dair yeni hesabatı açıqladığı zamanı deyib. O bildirib ki, Briləşmiş Ştatlar sıralarına yeni adamların cəlb olunması, təlim vermək və səfər etməkdə çətinliklərlə qarşılaşan əl-Qaidəyə qarşı amansız mübarizəni davam etdirəcək. Lakin prezident bəyan edib ki, əl-Qaidə təhlükə olaraq qalır və Birləşmiş Ştatları hədəf almağa davam edir.

Cənab Obamanın sözlərinə görə, Talibanın üstünlüyünün qarşısı alınıb və bəzi yerlərdə o məğlub edilib, lakin əldə edilmiş nailiyyətlər hələ də kövrəkdir. Strategiyaya dair yeni təhlildə ABŞ-ın Pakistanla münasibətlərinin mühüm olduğu, lakin qeyri-bərabər inkişaf etdiyi qeyd edilir. Burada həmçinin deyilir ki, ekstremistlərin Əfqanıstanla sərhəddə sığınacaq tapmasına mane olmaq üçün Pakistanın daha çox əməkdaşlıq etməsinə ehtiyac duyulur. Yeni təhlil prezident Barak Obamanın Əfqanıstana əlavə 30 000 Amerika əsgəri göndərildiyini elan etdikdən bir il sonra verilir. Burada göstərilir ki, ABŞ-ın strategiyası Amerika əsgərlərinin planlaşdırıldığı kimi 2011-ci ildə ölkədən çıxarılması üçün şətrləri hazırlayır.

XS
SM
MD
LG