Accessibility links

Quran kitablarını yandıran əsgərlərə qarşı ölçülər götürüləcək


ABŞ hərbi təhqiqatı Əfqanıstan paytaxtı yaxınlığında Baqram hərbi hava bazasında fevral ayında Quran kitablarının yandırılmasına görə yeddi əsgərə qarşı inzibati qaydada cəza tətbiq eidlməsi haqda təklif verib.

Hadisə Əfqanıstanda insan ölümülə nəticələnmiş iğtişaşlara və NATO qüvvələrinə qarşı hücumlara səbəb olmuşdur. İnsident nəticəsində dörd amerikalı daxil olmaqla 34 adam ölmüş, koalisiya qüvvələri və müttəfiq əfqanlar arasında münasibətlər ən aşağı səviyyəyə düşmüşdür.

ABŞ hərbi rəsmiləri hadisə ilə bağlı yekun qərarın çıxarılmadığını bildirib. Rəsmilərin sözlərinə görə hərbi dəniz donanmasının üzvü və altı ordu əsgəri inzibati cəza ilə üzləşə bilər. Lakin onlara qarşı cinayət işi açılmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG