Accessibility links

Əfqanıstanda vertolyot qəzasında 5 Amerika əsgəri həlak olub


Kandahar Land Confiscation
Kandahar Land Confiscation
ABŞ rəsmiləri Əfqanıstanın cənubunda Qəndəharda vertolyot qəzası nəticəsində NATO-nun başçılıq etdiyi koalisiyanın tərkibində xidmət edən beş Amerika əsgərinin həlak olduğunu bildirib.

Yerli rəsmilərin bildirdiyinə görə, bazar günü güclü qasırğa zamanı baş vermiş vertolyot qəzası nəticəsində sağ qalan yoxdur.

NATO bundan əvvəl qəzanın baş verdiyi haqda məlumat versə də, həlak olan əsgərlərinin mənsub olduğu ölkənin adını açıqlamamışdı.

Qəzanın hansı səbəbdən baş verdiyi aydın deyil.

Bazar ertəsi günü başqa bir insident zamanı daha iki Amerika əsgəri həlak olub. NATO rəsmiləri Əfqanıstanın şərqində Vardak vilayətində baş vermiş qəza nəticəsində iki Amerika əsgərinin həlak olduğunu, yeddi əsgərin isə yaralandığını bildirib.

Rəsmilər Əfqanıstan silahlı qüvvələrinin hərbi formasını geymiş şəxsin atəş açaraq iki Amerika və əfqan əsgərlərini öldürdüyünü bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG