Accessibility links

Washington Post:ABŞ Afrikada havadan nəzarəti genişləndirir

  • Amerikanın səsi

“Washington Post” qəzetinin verdiyi məlumata görə, ABŞ silahlı qüvvələri terrorçuların fəaliyyətini izləmək məqsədilə Afrikada kiçik hərbi hava bazalar yaradıb.

Qəzet ABŞ və Afrika ölkələrinin rəsmilərinə istinadən yazır ki, 2007-ci ildən etibarən Burkina Faso, Uqanda, Efiopiya, Cibuti, Keniya və Seyşeldə onlarla baza yaradılmışdır.

Pilotsuz idarə edilən qurğulardan fərqli olaraq havadan nəzarət proqramı çərçivəsində bir mühərrikə malik PC-12 tipli kəşfiyyat təyyarəsindən istifadə edilir.

Keniya silahlı qüvvələrinin polkovniki Sirus Oquna ölkədə ABŞ-ın hərbi hava bazalarının olduğu faktını rədd dib.

“Washington Post” yazır ki, kəşfiyyat proqramına ABŞ silahlı qüvvələrinin Xüsusi Əməliyyatlar bölməsi nəzarət edir, lakin proqramın icrası özəl hərbi kontraktorlar və Afrika ölkələrinin silahlı qüvvələrini dəstəyi ilə həyata keçirilir.

XS
SM
MD
LG