Accessibility links

ABŞ-ın Türkiyədə yeni səfiri Rikkiardone:"”Dağ dağa qovuşmaz, insan insana qovuşarmış”


ABŞ-ın Türkiyədə yeni səfiri Rikkiardone:"”Dağ dağa qovuşmaz, insan insana qovuşarmış”
ABŞ-ın Türkiyədə yeni səfiri Rikkiardone:"”Dağ dağa qovuşmaz, insan insana qovuşarmış”

Səfir Rikkiardone 32 il bundan əvvəl diplomatik karyerasına Türkiyədə başlayıb

ABŞ-ın Türkiyədə yeni səfiri təyin olunmuş Frensis Cozef Rikkiardone bu gün Ankaraya gəlib.

Səfir hava limanında mətbuata türk dilində açıqlama verərək, diplomatik karyerasına 32 il bundan əvvəl Türkiyədə başladığını və yenidən ölkəyə qayıtmasından məmnunluq duyduğunu bildirib. O, Türkiyənin ABŞ üçün önəmini qeyd edib.

İllər öncə həyat yoldaşı ilə Türkiyəyə səfər edib ölkəni sevdiyini söyləyən səfir Rikiardone sözünü türk məsəli ilə bitərərək deyib:”Dağ dağa qovuşmaz, insan insana qovuşarmış.”

ABŞ prezidenti Barak Obama konstitusiya ilə prezidentə verilmiş səlahiyyətlərindən istifadə edərək, Konqres tətildə olduğu zaman 2010-cu il dekabrın 29-da verdiyi fərmanla bir sıra vəzifələrə, habelə bir neçə ölkəyə səfir vəzifəsinə təyinatlar etmişdi.

Prezident Obama Frensis Cozef Rikkiardoneni ABŞ-ın Türkiyədə səfiri, Metyu Brayzanı isə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin etmişdi.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG