Accessibility links

ABŞ rəsmiləri Senatı Rusiya ilə nüvə silahlarına dair müqaviləni təsdiq etməyə çağırır


Dövlət katibi Klinton senator Con Makkeyn də daxil olmaqla, komitənin respublikaçı üzvlərinin narahatlıqlarına cavab olaraq deyib ki, ABŞ raketlər əleyhinə effektiv müdafiə sisteminin yaradılmasına çalışdığını açıq bildirib

ABŞ Dövlət katibi Hillari Klinton, Müdafiə naziri Robert Geyts və Birləşmiş Ştatların digər yüksək səviyyəli rəsmiləri Senatı Rusiya ilə nüvə silahlarına dair yeni müqaviləni təsdiq etməyə çağıraraq,skeptik yanayan respublikaçıları bunun ABŞ-ın raketlərdən müdafiə planlarına mane olmayacağına əmin etməyə çalışıblar.

Klinton Senatın Silahlı Qüvvələr komitəsinə deyib ki, Rusiyanın ABŞ-ın ballistik raketlər əleyhinə müdafiə sisteminin təhlükə yaratdığını düşündüyü halda, yeni müqavilədən çıxa bilmək hüququnu saxladığını bəyan etməsinə baxmayaraq, bu, Birləşmiş Ştatları heç bir vəchlə bağlamır.

Dövlət katibi Klinton senator Con Makkeyn də daxil olmaqla, komitənin respublikaçı üzvlərinin narahatlıqlarına cavab olaraq deyib ki, ABŞ raketlər əleyhinə effektiv müdafiə sisteminin yaradılmasına çalışdığını açıq bildirib.

XS
SM
MD
LG