Accessibility links

Amerikanın Reyncer qadınları [Video]


Birləşmiş Ştatlar ordusundakı iki qadın çətin bir işin öhdəsindən gəlməklə tarixə düşüblər. Bu iki qadın Corciya ştatındakı Fort Benning hərbi bölməsindəki “Reyncer” məktəbini 94 min kişi ilə birgə bitirib.

Başqaları ilə birlikdə onlar həftələrlə fiziki və mənəvi sınaqlara məruz qalıblar. “Sən həmişə olduğundan daha çox yorğunluq və aclıq hiss edirsən, buna görə də sən bu işi bitirməyə hazırsan” deyə, reyncer Vesli Sammers bildirir.

Rencerlər işlərini işıq və qaranlıqda, dağlara dırmaşaraq, bataqlıqlardan keçərək öyrənir. On əsgərdən yalnız altısı bu işi müvəffəqiyyətlə başa vurur. “Sənin demək olar ki, istirahət günün olmur. Sən yorula da bilməzsən. Sən gözlənildiyindən artığını etrməlisən” deyə, ilk qadın reyncer Şay Hever bildirir.

Şay Hever kimi Kristin Qrayest də bunun öhdəsindən gəldi. “Buradakı hər kəs kimi, qarşımıza qoyduğumuza nail olduq.”

Onların nailiyyəti ətrafdakılarda dərin təəssürat buraxıb. “Bu onu göstərdi ki, qadınlar həqiqətən rəqabət apara bilər və mənim fikrimcə bu, dəyişiklik üçün real imkandır.”

Leytenen Erikson Kroh: “Mənim üçün fərqi yoxdur bu qadındır ya da kişi, Əgər sən reyncersənsə mənim yanımda ola bilərsən. Bu iki qadın bunu sübut etdi və mən onlara etibar edə bilərəm, Onlar mənimlə birlikdə qulluq edə bilər.”

Onları hətta komandirləri də tərifləyir. “Mən onlarla çox fəxr edirəm və gələcəkdə onların hər biri ilə bir də qulluq etməyə hazıram”, deyə, briqada komandiri, general David Fayvkot bildirir.

İndi başqa qadınlar da reyncer olmaq ümidi ilə noyabr ayında keçiriləcək təlimlərə qatılmaq istəyir. Son irəliləyişlər hərbi rəhbərliyin qadınları ənənəvi olaraq kişilərin göstərdikləri funksiyalara inteqrasiya etməyi nəzərdən keçirdiyi vaxta təsadüf edir.

XS
SM
MD
LG