Accessibility links

ABŞ Müdafiə naziri Çinə səfər edir (Yenilənib)

  • Amerikanın səsi

ABŞ Müdafiə naziri Çinə səfər edir (Yenilənib)

ABŞ Müdafiə naziri Çinə səfər edir (Yenilənib)

ABŞ Müdafiə naziri Robert Geyts Çinə üç günlük səfər edir. Səfərin məqsədi Pekin və Vaşinqton arasında hərbi sahədə əlaqələrin yaxşılaşdırılması və Çinin müasir silahları ilə bağlı narhatlıqları azaltmaqdan ibarətdir. Bu gün Pekinə yetişən Geyts Çin prezidenti Hu Tsintao və ölkənin başqa rəsmilərilə görüşəcək. Pekinə yetişməzdən əvvəl təyyarədə müxbirlərlə danışan ABŞ müdafiə naziri deyib ki, gələcəkdə anlaşılmazlıqlara yol verilməməsi üçün Çin ordusunu ABŞ-la müntəzəm hərbi danışıqlar aparmağa razı salmağa çalışacaq. O, Çinin son yüksək texnologiyalar əsasında hazırlanmış silahları ilə bağlı narahatlığını da dilə gətirib və deyib ki, Çin ABŞ-ın hərbi qabiliyyətlərini müəyyən dərəcədə riskə qoymaq potensialına malikdir.

XS
SM
MD
LG