Accessibility links

İŞİD-ə qarşı hərbi kampaniya 10 mindən çox döyüşçünün qətli ilə nəticələnib


Birləşmiş Ştatlar dövlət katibinin müavini Entoni Blinken bu gün deyib ki, İslam Dövləti qrupuna qarşı aparılan hərbi kampaniya nəticəsində 10 mindən çox döyüşçü qətlə yetirilib.

Entoni Blinken bunu İraqın baş naziri Heydər Əl-Abadi də daxil olmaqla, koalisiya partnyorlarının İslam Dövləti ilə strategiyanı müzakirə etmək üçün Parisdə keçirilən toplantıdan bir gün sonra Fransanın İnter radiosuna verdiyi müsahibəsi zamanı deyib.

Birləşmiş Ştatlar İraqın quru qüvvələrinə havadan yardım kampaniyasına keçən ilin avqust ayından, qonşu Suriyadakı yaraqlıları bombardman etməyə isə bundan bir ay sonra başlayıb.

Gündə təxminən 14 dəfə həyata keçirilən hava hücumları hökumət qüvvələrinin bəzi əraziləri geri almasına yardım edib. Lakin keçən ay Ramadı şəhərini ələ keçirən İslam Dövləti qrupunun yaraqlıları irəliləyişə nail olmağa davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG