Accessibility links

ABŞ və Britaniya bəzi təyyarələrdə elektron cihazlardan istifadəyə qadağa qoydu [Video]


Britaniya Yaxın Şərq və Şimali Afrikanın bir neçə ölkəsindən, eləcə də Türkiyədən uçan təyyarələrə sərnişinlərə özləri ilə noutbuk, tablet, kamera və digər elektron cihazlar götürmələrinə qadağa qoyan Birləşmiş Ştatlara qoşuldu. Bundan sonra smarfondan böyük zihazlar yoxlanışdan keçəcək.

Hazırda hava yolları ilə səyahətə çıxanların çoxu özlərini elektron cihazsız təsəvvür edə bilmir. “İnsanlar planşet və laptoplardan müxtəlif səbəblərə görə istifadə edir, Biri işi ilə bağlı, digəri gündəlik həyatla bağlı - buna icazə verilməsə onlar nə edəcək?” Əbu Dabi reysindən çıxan Amitava Dutt narahatlığını ifadə edir.

Lakin terrorçu qruplar elektron cihazlardan partlayış üçün istifadə edir, bu yaxınlarda Somalidə təyyarədə olduğu kimi. Tramp administrasiyası bu həftə amerikalılara qarşı terror hücumlarınınm qarşısının alınması üçün bəzi tədbirlərə əl atıldığını bəyan etdi. “Kəşfiyyat məlumatlarından belə görünür ki, terrorçu qruplar özəl hava yollarını hədəf almaqda davam edir və niyyətlərinə nail olmaq üçün yeni metodlara əl atır,” Ağ Evin sözçüsü Şon Spayser bildirib.

Britaniya hökuməti də çərşənbə məhdudiyyətlərlə bağlı oxşar qərar qəbul edib. Artıq aerportlarda ciddi təhlükəsizlik tədbirlərinə məruz qalan səyahətçilərdən bəziləri əlavə tədbirlərin gərəksiz olduğunu deyir.

Bir sərnişin çox sayda ekran olan yerdə belə tədbirlərin gərəksiz olduğunu deyir. Bu qadın isə deyir ki, belə tədbirlər yardım etməyəcək və terrorçular başqa yollara əl atacaq. Lakin təhlükəsizlik üzrə ekspertlər sərnişinlərin elektron cihazları özləri ilə içəri aparmamasının ehtiyatlı tədbir olduğunu deyirlər.

Daniel Gerşteyn Rand Korporasiyasının təhlükəsizlik ekspertidir. Onun sözlərinə görə, əgər təyyarəyə sərnişinlə birlikdə electron cihazlar da buraxılarsa, bu, potensial terrorçuların təyyarələrə yol açmaları deməkdir.

“Bu, yeni bir norma ola bilər - ələlxüsus əgər biz şərnişinlərin təhlükəsiz şəkildə əşyalarını təyyarəyə daxil etməsini təmin edə bilən yoxlanış prosedurı əldə etsək." deyə Daniel Gerşteyn bildirir.

Nəticədə isə laptop və digər elektron cihazlardan istifadə edən sərnişinlər üçün Birləşmiş Ştatlar və Britaniyaya bəzi uçuşlar daha uzun və darıxdırıcı olacaq.

XS
SM
MD
LG