Accessibility links

ABŞ-ın yeni büdcəsində hərbi xərclərin azaldılması nəzərdə tutulur

  • Amerikanın səsi

ABŞ-ın yeni büdcəsində hərbi xərclərin azaldılması nəzərdə tutulur

ABŞ-ın yeni büdcəsində hərbi xərclərin azaldılması nəzərdə tutulur

Prezident Obamanın Konqresə təqdim etdiyi yeni büdcədə müdafiə xərcləri üçün 671 milyard dollar ayırılması nəzərdə tutulur. Dünyada ən böyük hərbi büdcənin 2012-ci ildə beləliklə, 5 faiz azaldılır. Büdcədə Müdafiə naziri Robert Geytsin təklif etdiyi kimi, gələn beş ildə xərclərin 78 milyard dollar azaldılması nəzərdə tutulur. 2012-ci ildə hərbi büdcənin əsas hisəsi hərbiçilərin maaşları və imtiyazlar, qlobal əməliyyatlar və müasir texnologiyalar hazırlanmış avadanlıq üçün ayrılır. Cənab Obama İraq və Əfqanıstanda müharibələr üçün 118 milyard dollar vəsaitin ayırılmasını təklif edib. 2011-ci ildə bu məqsədlə 160 milyard dollar ayrımışdı. Hərbi məqsədlərlə ayrılmış maliyyə vəsaitinin böyük hissəsi pilotsuz idarə olunan təyyarələr, müasir vertolyotlar, bombardmançıların alınmasına sərf ediləcək. Bununla yanaşı, hərbi dəniz donanması üçün yeni gəmilərin istehsalına 25 milyard, ABŞ hərbi qüvvələrinin kiber təhlükəsizliyinin təmin olunması üçün 1,3 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur.

XS
SM
MD
LG