Accessibility links

Amerikalı seçicilər Konqres seçkilərində səs verməklə ABŞ-ın siyasi landştaftını dəyişə bilər

  • Amerikanın səsi

Amerikalı seçicilər Konqres seçkilərində səs verməklə ABŞ-ın siyasi landştaftını dəyişə bilər

Amerikalı seçicilər Konqres seçkilərində səs verməklə ABŞ-ın siyasi landştaftını dəyişə bilər

Təhlilçilərin bildirdiyinə görə, bugünkü seçkilər azlıqda olan respublikaçıların Konqresin Nümayəndələr Palatasında nəzarəti ələ alması ilə nəticələnə bilər. Seçkilərdə Nümayəndələr Palatasında bütün 435 yer, Senatda isə 100 yerdən 37 yerin taleyi həll edilir. Bəzi ştatlarda bu gün həmçinin qubernator seçkiləri keçirilir.

Son həftələr çox gərgin seçki kampaniyası aparıldı. Prezidentin ünvanına hətta onun öz partiyasından çox kəskin sözlər deyildi.

Bununla belə, Ağ evi alqışlayanlar da var idi.

Seçkidən öncə rəy sorğuları bir şeyi müəyyən etdi: Nümayəndələr Palatası və bəlkə də Senatda üstünlük demokratlardan respublikaçılara keçəcək. Rid Vilson National Jornal Hotline qrupunu təmsil edir. “Biz artıq üçüncü dəfədir qəzəbli elektoratla qarşılaşırıq.”-deyə o bildirir.

Bəzi təhlilçilər deyir ki, seçicilər hökumətin olduqca böyük, iqtisadiyyatın isə pis vəziyyətdə olduğunu fikirləşir. Onlar Obama administrasiyasını səhiyyə xidmətləri məsələsinə olduqca çox diqqət ayırmaqda günahlandırır. Virciniya universitetindən Larri Sabato. “Bəli, səhiyyə xidməti Amerika iqtisadiyyatının 17 faizini təşkil edir, lakin Amerika ictimaiyyətində elə təsəvvür yaranır ki, onlar iqtisadi bərpa haqda çox danışaraq, ümdə məsələni kənara qoyub, ikinci dərəcəli məsələyə daha artıq diqqət yetirirlər.”-deyə Larri Sabato bildirir.

Bu təsəvvürlər səhiyyə islahatları, vergilər və hökumət əleyhinə yönəlmiş Çay partiyası hərəkatının yaranmasına gətirib çıxardı. Seçkilərə respublikaçı kimi qoşulan Çay parityasının namizədləri status-kvoya etiraz edir.

Nevada ştatında namizədliyini irəli sürmüş Şaron Enql Senatda demokrat əksəriyyətin lideri Herri Ridlə rəqabət aparır. Bəzi seçicilər Ridin Nevada ştatında işsizlik səviyyəsinin artması və daşınmaz əmlak bazarında böhrana görə məsuliyyət daşıdığına inanır.

Delaver ştatında Çay partiyasının populyar namizədi Kristin O’Donnell doqquz dəfə ABŞ-ın Nümayəndələr Palatasına seçilmiş namizədlə rəqabətdədir.

Lakin nə onun demokrat opponeneti Kris Kuns, nə də O’Donnell özünün bir zamanlar bu yeri tutmuş vitse-prezident Co Baydenin yerinə keçəcəyi gözlənilmir.

Kentukki ştatında Çay partiyası hərəkatının populyar namizədi, Senata namizədliyini irəli sürmüş Rand Polla onun demokrat rəqibi Cek Konvey arasında olduqca kiçik fərq müşahidə olunur.

Nəhayət Alyaska ştatında Respublikaçılar partiyasından vitse-prezidentliyə namizəd olmuş Sara Peylin Çay partiyasının namizədi Co Milleri müdafiə edir.

Mühafizəkar Heritec Fondunun təhlilçisi Maykl Frank. “Burada Konqresdə üçüncü partiya mövcud ola bilər. Respublikaçılar effektiv əksəriyyət kimi idarə etmək istəyirsə, bu enerji və emosiyaları ilkin seçki və öz qurultaylarına sərf etmək yollarını tapmalıdır.”-deyə o bildirir.

Respublikaçılar Nümayəndələr Palatasında azı 39 yeri tuta bilsələr üstünlük əldə edəcəklər. Senatda daha 10 yer isə onların Konqresə nəzarəti ələ aldığı demək olacaq. Bu isə prezident Barak Obamanı hakimiyyətdə yeganə demokrat kimi çətin vəziyyətə sala bilər.

XS
SM
MD
LG