Accessibility links

Demokratiyanın simvolu Kapitolidə təmir işləri gedir [Video]


Vaşinqton şəhərində Kapitoli binası dünyada Birləşmiş Ştatlar hökuməti və Amerikada demokrayanın simvolu kimi tanınır. Keçən ilin noyabr ayından bəri Kapitoli binasının gümbəzi uzunmüddətli restavrasiya məqsədilə metal qurğu və parça ilə örtülüb.

Son dəfə Kapitoli binasının gümbəzi 1960-cı ildə təmir edilmişdi. Arxitektorların dediyinə görə, o vaxtdan bəri gümbəzdə mindən çox çat və digər qüsurlar əmələ gəlib.

Kapitolinin gümbəzi 1863-cü ildə tamamlanıb. Birləşmiş Ştatlar Senatının tarixini araşdıran Don Ritçi dəmir çərçivəsi olan gümbəzin havanın təmizlənməsinə kömək etdiyini deyir. “Kapitolinin çuğundan olan gümbəzi ildırım çaxan zaman xəsarət alıb. Bu isə 1863-cü ildən bəri, yəni onun 150 il eyni vəziyyətdə qalması deməkdir. Son zamanlar isə içəriyə su damdığına görə orada rəsmlərə zərər dəyib. Hazırki bərpa işləri zamanı çatlar təmir ediləcək, köhnə laylar və boyalar qaşınacaq və yeni boyalar vurulacaq.”

Köhnə boyaları qaşıyıb yeni boya çəkən işçiləri küləkdən qorumaq üçün binanın böyük hissəsi plastik materiallar və çəhrayı rəngli xüsusi parça ilə örtülüb.

Qanunvericilərin işinə mane olmamaq üçün əsasən təmir işləri axşamlar aparılır. Kapitoli binasının şəklini çəkmək istəyən turistlər isə onun hazırkı görünüşünü qəbul etməlidir.

Çindən gəlmiş Coys adlı turist bu ağ rəngli binanın möhtəşəm olduğunu, lakin hazırkı təmir səbəbindən ailəsinin binanı tam görə bilmədiyini deyir.”

Rik Cons adlı turist isə belə deyir: “Siz binanın şəklini uzaqdan götürməlisiniz. Gümbəzin görünməməsi biz az narahatlığa səbəb olur, lakin gələcəkdə, əsrlədən sonra belə, insanlar buranı görməyə gələcək və bura vaxtaşırı təmir olunmalıdır.”

Təmir işləri iki ilə, 2017-ci ilin yanvar ayında yeni prezidentin inaqurasiyasına qədər tamamlanmalıdır.

XS
SM
MD
LG