Accessibility links

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanada qalmağa davam edir


ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanada qalmağa davam edir
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanada qalmağa davam edir

ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin səhhətinin normal olduğu, lakin onun bu gün Vaşinqtonda bir sıra tədbirləri təxirə saldığı bildirilir. Cənab Karterin yardımçılarının bildirdiyinə görə, dünən Klivlenddən Vaşinqtona uçan təyyarədə özünü piss hiss etdikdən sonra həkimlər müayinəni davam etdirmək üçün onun bu gün də xəstəxanada qalmasını tövsiyə ediblər. Onlar bildiriblər ki, cənab Karterin ən tez bir zamanda yeni kitabını imzalamaq üçün tədbirlərə qatılacağı gözlənilir. 1977- ci ildən 1981-ci ilə qədər Birləşmiş Ştatların prezidenti olmuş 85 yaşlı Cimmi Karter White House Diary (Ağ Ev xatirələri) adlı yeni kitabını nəşr edib. ABŞ prezidenti Barak Obama xəstəxanaya zəng edib və cənab Karterlə söhbət edib. Ağ Evin mətbuat katibi bildirib ki, cənab Karter cənab Obamaya özünü yaxşı hiss etdiyini deyib.

XS
SM
MD
LG