Accessibility links

Şimpanzelərə sığınacaq axtarılır [Video]


Milli Səhiyyə İnstitutlarının şimpanzelər üzərində bütün tədqiqatlarına rəsmən keçən il son qoyuldu. Belə bir qərar 2013-cü ildə şimpanzelərdən test subyektləri kimi istifadə olunmasına ehtiyac qalmadığı haqda hesabatın açıqlanmasından sonra verildi. Bu xəbəri sevinclə qarşılayan heyvan haqları fəalları o vaxtdan yüzlərlə meymuna yeni ev tapmaq üçün hökumət və laboratoriyalarla əməkdaşlıq edir.

Xilas edilən Foksi Birləşmiş Ştatların Vaşinqton ştatındakı “Şimal-Qərb Şimpanze Qoruğu”na 2008-ci ildə gətirilib. O, 1976-cı ildə əsirlikdə doğulub və bu yaxınlarda onun 40 yaşı qeyd edilib. “O buraya gətiriləndə həyəcan keçirirdi. Onda qorxu və qeyri-müəyyənlik hissi var idi” deyə, şimpanze qoruğundan Dayana Gudriç bildirir.

Onun həyat hekayəsi tibbi araşdırmalar üçün istifadə edilən digər yüzlərlə şimpanzedən fərqli deyil. “Laboratoriyalar şimpanzelərin araşdırmalarda istifadə edilməsinə gərək olmadığı qənaətinə gəlib. Buna görə də şimpanzelərin saxlanması onların maliyyə maraqlarına da xidmət etmir.”

Milli Səhiyyə İnstitutu “Şimpanze lahiyəsi” kimi qruplarla birlikdə laboratoriyalarda olan şimpanzelərin xilası yolunda iş aparır. Lakin araşdırmalarda istifadə edilən 700 şimpanzeyə sığınacaq tapmaq asan deyil. “Hazırda burada onlar üçün yer yoxdur. Yeri genişləndirmək və sığınacaq tikmək üçün isə maliyyə lazımdır.”

Şimpanzeləri ərzaqla təmin etmək də çox baha başa gəlir. Hər bir şimpanzenin həyatı boyu 250 milyon dollar məbləğində vəsait lazımdır. Lakin şimpanzelər üzərində təhqiqatlara son qoyulması sevindirici haldır. Bu, xoşbəxt sonluqdur. “Bu kampaniyanı unikal edın odur ki, indiyədək heyvanların qorunması sahəsində səylərin demək olar sonu olmur. Amma burada son görünür və bu, şimpanzelər üçün xoşbəxt sonluqdur.”

Foksi kimi şimpanzelər üçün bu, təqaüddə rahat yaşamaqdır.

XS
SM
MD
LG