Accessibility links

İqtisadi gərginliyə baxmayaraq ianə 2009-cu ildə 26 faiz, ötən il isə milyon dollardan çox olmuşdur

Qeyri-sabit iqtisadi duruma baxmayaraq yeni tədqiqatlar Birləşmiş Ştatlarda insanlar və şirkətlərin xeyriyyəçilik işlərinin ötən il 6.5 faiz artığını göstərir. Az gəlirli yaşlı vətəndaşlar ərzaq yardımına görə çox minnətdardırlar.

Hər həftə Arlinqton şəhərinin Virciniya Ərzaq Bankı ahılların yaşadıqları binanı ianə ilə təmin edir. Konserva yeməklər, süd məhsulları və dondurulmuş ət məhsulları olmadan Meri Lanier kimi aşağı gəlirli insanlar çıxılmaz vəziyyətdə qala bilərlər.

ABŞ-da xeyriyyəçilik

ABŞ-da xeyriyyəçilik

Meri Lanier: `Bir çox insan dava-dərmana və başqa xırda şeylərə pul xərcləməlidirlər. Lakin bu cür ərzaq yardımları onlara ayı başa vurmaq üçün pula qənaət etməyə kömək edir.`

İnsanlar və korporasiyalar tərəfindən səxavətli ianə olmadan Arlinqton Ərzaq Yardım mərkəzi 3000 yardıma ehtiyacı olan insana ərzaq yardımı edə bilməz. İqtisadi gərginliyə baxmayaraq ianə 2009-cu ildə 26 faiz, ötən il isə milyon dollardan çox olmuşdur. Alois Miçalak kimi donorlar ehtiyacı olanlara yardım çağırışına hay verənlərdəndir.

Alois Michalak: `Son dörd ildə həyat yoldaşımla mən hər il daha da çox ianə veririk , və biz bu işə davam edəcəyik.`

Ərzaq bankının rəhbəri Çarliz Menq ianəçilikdə artımın təşkilatın bu il artmaqda olan ərzaqa təlabatın öhdəsindən gələ biləcəyi deməkdir deyir.

`Salvation Army` yardım ötən il iqtisadi böhran zamanı zəiflədi. Xristiyan təçkilatı Birləşmiş Ştatlarda 32 milyon insana yardım edir. Təşkilat Vaşınqton DC ərazisində Milad bayramı ərəfəsinə ən çox pul topladıqları `Qırmızı Çaynik` kampaniyasındakı məqsədinə çata bilmədi.

Təşkilat, korparasiyalar və yerli biznes qurumlarında da tənəzzül müşahidə edib. Morrisin sözlərinə görə bunun nəticəsində `Salvation Army` öz mənbələrini yenidən nəzərdən keçirir.

`Salvation Army`-nin işlənmiş mallar mağazası ötən il insanlardan az miqdarda yardım alan başqa bir yerdir. Mağaza xeyriyyəçilik üçün pul toplamaq məqsədi ilə ianə edilmiş əşyaları satır. Amma indi alıcılar üçün mağazada satılan malların sayı azalıb. Bir vaxtlar mebel və paltarlarla dolu olan mağaza ambarları indi boş qalıb.

XS
SM
MD
LG