Accessibility links

ABŞ prezidenti və birinci xanım Çin prezidentinin şərəfinə rəsmi ziyafət təşkil edib


ABŞ prezidenti və birinci xanım Çin prezidentinin şərəfinə rəsmi ziyafət təşkil edib
ABŞ prezidenti və birinci xanım Çin prezidentinin şərəfinə rəsmi ziyafət təşkil edib

ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama Ağ Evdə Çin prezidenti Hu Tsintaonun şərəfinə rəsmi dövlət ziyafəti təşkil ediblər.

Obamalar cənab Hunu Ağ Evin girəcəyində qırmızı xalça üzərində qarşılayıblar. Dəvət olunan qonaqlar sırasında Hollivud ulduzları, biznes liderləri və sabiq ABŞ prezidentləri Bill Klinton və Cimmi Karter yer alıblar. Prezidentlərin tostları yaxşlaşmış əlaqələr üzərində cəmləşib. Cənab Obama fürsətdən istifadə edərək sevimli Çin pandalarının Vaşinqton Milli Zooparkında növbəti beş il qalacağı haqda razılığı dəyərləndirib. 2006-cı ildə cənab Hu ABŞ-a gələndə prezident Corc Buş dövlət ziyafəti verməmişdi.

XS
SM
MD
LG