Accessibility links

Birləşmiş Ştatların birinci xanımı Mişel Obama Çinə etdiyi səfərinin birinci günü çinli həmkarı Pen Liyuanla birlikdə ölkənin otra məktəblərindən birində olub. Pekindəki İmperator sarayını ziyarət etməzdən əvvəl xanımlar xəttatlıq işini seyr ediblər.

Xanım Obamanın Çinə səfəri zamanı anası və iki qızı ilə birlikdə Böyük Çin Səddinə, məşhur Terra-Kotta döyüşlərinin olduğu və pandaların saxlandığı yerə də gedəcəyi gözlənilir.

ABŞ-ın birinci xanımının şənbə günü Pekin universitetinin Stanford Mərkəzində çıxışı və Birləşmiş Ştatların Pekindəki səfirliyinin nümayəndələri ilə görüşü planlaşdırılıb.
XS
SM
MD
LG