Accessibility links

Dövlət katibi Klinton Meksika xarici işlər naziri ilə danışıqlar aparır


Dövlət katibi Klinton Meksika xarici işlər naziri ilə danışıqlar aparır
Dövlət katibi Klinton Meksika xarici işlər naziri ilə danışıqlar aparır

ABŞ dövlət katibi Hillari Klinton Meksikanı narkotik kartellərə qarşı müharibəni davam etdirməyə çağırıb.

Meksikanın Quanahuato şəhərində xarici işlər naziri Patrisia Espinosa ilə görüşündə xanım Klinton deyib ki, onlara qarşı mübarizə aparmağın alternativ yolu yoxdur. ABŞ dövlət katibi prezident Felipe Kalderonun narkotik qruplaşmalara qarşı mübarizəsini dəstəklədiyini bildirib.

Xanım Klintonun sözlərinə görə, cənab Kalderon lazım olan işi görüb və bu qruplaşmalar müharibədən başqa yolla təslim olası deyil. O, Meksika prezidentinin gördüyü müsbət işlərə misal olaraq 25-dək cinayət aləmində tanınmış qaçaqmalçının öldürüldüyünü və ya həbs edildiyini vurğulayıb.

XS
SM
MD
LG