Accessibility links

ABŞ Konqresində yenidən narahatlıqlar artıb


ABŞ Konqresində yenidən Rusiyanın 2016-cı ilin seçkilərinə müdaxiləsinə dair narahatlıqlar artıb. Prezidentin məsələyə münasibətindən qayğılanan Konqres bu gün iki dinləmə keçirir.

Prezident Tramp və kəşfiyyat agentlikləri arasında əlaqələr olduqca həssasdır. Onun kəşfiyyatın Rusiyanın müdaxiləsinə dair məlumatlarının mahiyyətini azaltması narahatlıq doğurub.

Artıq bir neçə həfətədir ki, ABŞ hüquq-mühafizə orqanının sabiq rəsmisinin dediyi ki, prezidentlə Federal Təhqiqatlar Bürosunun işdən kənarlaşdırılan direktoru Ceyms Komi arasında döyüşlər gedir.

Komi Senat qarşısında verdiyi ifadədə bildirib ki, prezident Tramp onunla bir neçə dəfə gizli olaraq həm Ağ Evdə, həm də telefonla görüş keçirib.

Kominin sözlərinə görə, o inanır ki, Trampın onunla görüş keçirməsinin səbəbi keçmiş təhlükəsizlik müşaviri Mayk Flinn istintaqının dayandırmasını istəməsidir.

ABŞ prezidenti ədalətə əngəl törətməsinə dair aparılan təhqiqatı tənqid edib. Donald Tramp istenza ilə Tvitter hesabında yazıb ki, Rusiya ilə bağlı qondarma hekayənin heç bir əsası olmadığı üçün indi ədalətə əngəl məsələsi ortaya atılıb.

Ceh Conson
Ceh Conson

ABŞ rəsmisinin bu gün qanunvericilərə bildirdiyinə görə, Rusiyanın seçkilərə müdaxilə etdiyinə dair şübhələr yoxdur. Lakin o, Moskvanın seçkilərin nəticəsinə təsir etməyə qadır olduğuna dair heç bir dəlilin olmadığını bildirib.

Sabiq Daxili Təhlükəsizlk naziri Ceh Conson Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində ifadə verib. O deyib ki, Rusiya hökumətinin 2016-cı ildə prezident Putinin göstərişi ilə kiberhücumlar həyata keçirdiyi aşkardır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG