Accessibility links

ABŞ Kubanın amerikalı məhbusu azad etməməsinə görə narazıdır


Birləşmiş Ştatlar amerikalı kontraktor Alan Qorssuna prezident Raul Kastronun əfv ediləcək 3 min məhbusun arasında olmamasından narazılığını ivadə edib.

Dövlət Departamentinin sözçüsü deyib ki, Birləşmiş Ştatlar səhhətinin pisləşməsinə baxmayaraq, Kubanın Qrossu humanitar əsaslarda əfv edilənlər siyahısına salmamasını təəssüflə qarşılayır.

Qross communist dövlətə qarşı cinayət ittihamlı ilə həbs edilərək, 15 illik həbs cəzasına məhku olub. O, iki il bundan əvvəl ölkəyə kommunikasiya avadanlığı gətirdiyinə görə dekabr ayında həbs edilmişdi. Onun həbsi Kuba və ABŞ arasında münasibətlərin daha gərginləşməsinə səbəb olmuşdur.

XS
SM
MD
LG