Accessibility links

ABŞ-da edam cəzasına ictimai dəstək azalır


Bu yaxınlarda Oklahoma həbsxanasında zəhərli inyeksiya (iynəvurma) ilə edamın qüsurlu keçməsindən sonra Birləşmiş Ştatların Ali Məhkəməsi edama məhkum edilmiş şəxslərin psixoloji durumunun ətraflı araşdırmasına göstəriş verib.




Qallop və Pyu Araşdırmalar Mərkəzininrəy sorğuları son 20 ildə Birləşmiş Ştatlarda edam hökmünü dəstəkləyənlərin sayının 20 faiz azaldığını göstərir. Pyu-nun nəticələri isə son iki ildə yüzdən 10 faiz respondentin ölüm cəzasını dəstəklədiyi göstərib.
Lakin ümumilikdə rəy sorğularının nəticələrindən belə aydın olur ki, edam hökmünün tərəfdarları hələ də çoxdur, və təqribən 60 faiz təşkil edir.
Terror hücumları və kütləvi qırğın törədənlər üçün isə edam hökmünü dəstəkləyənlər daha çoxdur. Angus Reid təşkilatının apardığı rəy sorğuları 2013-cü ildə Bostonda həyata keçirilən terror hücumalrından sonra amerikalıların 78 faizinin ölüm cəzasını dəstəklədiyini göstərib.

Ölüm cəzasını əleyhdarları bunun sadəcə intiqam olduğunu deyirlər. Amma Hyustonda edam cəzası üzrə müstəqil vəkillərdən biri Dadli Şarp çoxluöun ədalətli cəza arzusunda olduğunu deyir. “Ədalətli cəza törədilən cinayətə uyğun cəza deməkdir. Bu, hüquqi ölçüdür, intiqam deyil."

Ölüm cəzasına qarşı çıxanlar araşdırmaların nəticələrinə əsaslanaraq, edam cəzasının qətl hadisələrinin qarşısını almadığını deyirlər, belə ki, əksər hallarda qətllər qəsdən törədilmir. Vəkil Dadli Şarp deyir ki, 1999-cu ildən bəri aparılan 28 araşdırmanın nəticələri ölüm hökmünün cinayətin qarşısını almadığını göstərib.
İnsanların ölüm cəzasına qarşı olmasının əsas səbəblərindən biri də son illərdə ölüm kameralarında yatan 140 nəfərə qədər məhbusun əvf edilməsidir. Milli Elmlər Akademiyasının keçən ay açıqlanan araşdırmalarının nəticələri ölüm cəzasına məhkum edilən hər 25 nəfərdən birinin günahsız olduğunu göstərib.

Edam hökmlərinə qarşı olan “Günahsızlara Şahid” təşkilatından fəal Keti Spilmanın sözlərinə görə, çox adam ölüm cəzası ilə bağlı qanunlarda boşluqların olduğunu görməyə başlayıb: “Əgər siz hətta edam hökmünü dəstəkləyirsizsə belə, günahsız adamın qeyri-işlək mexanizm vasitəsilə ölümə getməsinə tərəfdar ola bilməzsiniz.”

Bir neçə ştat artıq ölüm hökmünün icrasını ya qadağan edib, ya da müvəqqəti dayandırıb. Edam hökmünün mövcud olduğu 32 ştatda isə jüri məhkəmələri adətən ölüm cəzası verməkdən çəkinirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG