Accessibility links

Robert Geyts hərbi qüvvələrdə bürokratik xərcləri azaltmağa çağırıb


Robert Geyts hərbi qüvvələrdə bürokratik xərcləri azaltmağa çağırıb

Robert Geyts hərbi qüvvələrdə bürokratik xərcləri azaltmağa çağırıb

Müdafiə naziri hərbi bürokratiya xərclərinin 10 milyard dollar ixtisarına çağıraraq, bu vəsaitin hərbi qüvvələrin müasirləşdirilməsi və döyüş qabiliyyətinin artırılmasına sərf olunmasını təklif edib

ABŞ-ın Müdafiə naziri Robert Geyts Birləşmiş Ştatların hərbi qüvvələrində bürokratik xərclərin azaldılmasına çağırıb.

Kanzas ştatında ABŞ-ın keçmiş prezidenti Duayt Eyzenhauerin xatirəsinə həsr edilən çıxışı zamanı Geyts Amerika silahlı qüvvələrində maliyyənin xərclənməsi praktikasını kəskin tənqid edib. Duayt Eyzenhauer 1961-ci ildə vida müraciəti zamanı amerikalılara onun sözləri ilə “hərbi-sənaye kompleksi” nə dair xəbərdarlıq etmişdi.

Müdafiə naziri hərbi bürokratiya xərclərinin 10 milyard dollar ixtisarına çağıraraq, bu vəsaitin hərbi qüvvələrin müasirləşdirilməsi və döyüş qabiliyyətinin artırılmasına sərf olunmasını təklif edib. O, hərbi qüvvələrdə silahlar proqramına ehtiyacın olmadığını və şox sayda yüksək rütbəli zabitlərin qeyri-effektiv olduğunu demişdir.

ABŞ-ın 2011-ci il üçün müdafiə sahəsində büdcəsi Əfqanıstan və İraq müharibələri daxil ediləmədən 550 milyard dollara yaxındır.

XS
SM
MD
LG