Accessibility links

ABŞ qanunvericiləri defisitin azaldılması məsələsində razılıq əldə edə bilməyib


ABŞ qanunvericiləri defisitin azaldılması məsələsində razılıq əldə edə bilməyib
ABŞ qanunvericiləri defisitin azaldılması məsələsində razılıq əldə edə bilməyib

ABŞ Konqresinin xüsusi komitəsi gələn 10 il ərzində federal defisitin 1,2 trioyon dollar azaldılması məsləsində razılıq əldə edə bilməyib. 12 üzvü olan Defisitin Azaldılması üzrə birgə Komissiyanın sədrləri nəticənin əldə edilmədiyini bu gün elan ediblər. Altı respublikaçı və altı demokratik üzvdən ibarət olan komitə çərşənbə gününə qədər razılıq əldə etməli idi. Razılığın əldə edilmədiyi halda, 2013-cü il yanvar ayından etibarən müdafiə sahəsində və sosial proqramların maliyyələşdirilməsi avtomatik şəkildə ixtisarlar edilməyə başlayacaq. ABŞ prezidenti Barak Obama xərclərin avtomatik şəkildə ixtisarının qarşısını almaq səylərinə veto qoymağa söz verib. Ekspertlər hələ də alternativ tədbirlərin görülə biləcəyini bildirir.

XS
SM
MD
LG