Accessibility links

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana səfər edəcək


ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana səfər edəcək
ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana səfər edəcək

ABŞ Dövlət katibinin yardımçısı Ceyms Steynberq fevralın 23-dən 26-a qədər Ermənistan, Gürcüstan, Azərbaycan, Albaniya və Bosniyaya səfər edərək. Bu haqda ABŞ Dövlət Departamenti pres-reliz yayıb. Qafqazın üç ölkəsində Steynberqi Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Filip Qordon müşayiət edəcək. Dövlət Departamentinin rəsmiləri bu ölkələrin liderləri ilə ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək. Onlar həmçinin vətəndaş cəmiyyəti və media nümayəndələri ilə də görüşəcək.

XS
SM
MD
LG