Accessibility links

Brennanın təsdiqi ilə bağlı dinləmələr pilotsuz təyyarə hücumları məsələsini gündəmə gətirib


Obama National Security
Obama National Security
Prezident Barak Obamanın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə Con Brennanı namizəd göstərməsi hökümətin terror hədəflərinə hücum üçün pilotsuz təyyarələrdən gizli istifadə etməsi məsələsinini gündəmdə başlıca məsələyə çevirib.

Pilotsuz təyyarələrdən istifadə edilməsini dəstəkləyən Con Brennan Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə təsdiqi ilə bağlı cümə axşamı keçiriləcək dinləmələr zamanı ABŞ senatorlarının suallarını cavablandıracaq.

Nominasiya ilə bağlı müzakirələr zamanı Brennanın Səudiyə Ərəbistanında Mərkəzi Kəşfiyyat İdarəsinin bölgə rəisi olduğu vaxt orada məxfi pilotsuz təyyarə bazası ilə məsələyə aydınlıq gətiriləcəyi gözlənilir.

Cənab Brennan pilotsuz təyyarə bazasını krallıqda yerləşdirmək üçün Ər-Riyadla danışıqlarda rol oynayıb. Baza qonşu Yəməndə Əl-Qaidə terrorçularının izinə düşməsinə kömək edib.

Tənqidçilər pilotsuz təyyarə hücumlarının insan ölümünə səbəb olmasına görə bunun əxlaqi tərəfləri ilə bağlı suallar qaldırır. Pakistan ABŞ-ın pilotsuz təyyarələrinin hücumlarını kəskin şəkildə qınayır.

Cənab Brennan pilotsuz təyyarələrdən istifadəni müdafiə edərək, bunun qanunu, əxlaqi cəhətdən düzgün və yüksək nəticəsi olduğunu deyib.

Prezident Obama bildirib ki, cənab Brennanın terrorizmlə mübarizə səyləriƏl-Qaidənın Birləşmiş Ştatlara qarşı hücum planlaşdırmasını olduqca çətinləşdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG