Accessibility links

ABŞ-a narkotik qaçaqmalçılığında bir nömrəli şəxs həbs edilib


Xose Antonio Medinanın Meksikadan Birləşmiş Ştatlara ayda 200 kq heroin keçirdiyi bildirilir

Meksikanın hüquq mühafizə orqanları Birləşmiş Ştatlara narkotik qaçaqmalçılığında bir nömrəli şəxs olduğu təxmin edilən Xose Antonio Medinanın ələ keçirildiyini bildiriblər. O, dünən ölkənin şərqində nəzarət altına alınıb. Onun Birləşmiş Ştatlara Meksikadan ayda 200 kilogram heroin keçirdiyi və bundan 12 milyon dollar qazanc əldə etdiyi irəli sürülür. Bildirildiyinə görə, o, narkotik maddələri sərhəddi keçən maşınlarda gizlədir. Heroin Kralı və Don Pepe olaraq tanınan cənab Medinanın Birləşmiş Ştatlara ektradisiyası gözlənilir.

XS
SM
MD
LG